AZ

​Fransa süni intellektə 109 milyard avro sərmayə qoyacaq

Fransa Prezidenti Emmanuel Makron süni intellektə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayıb. Metbuat.az xəbər verir ki, Makron Fransa və Hindistanın həmsədrliyi ilə Parisdə keçirilən Beynəlxalq Süni İntellekt Fəaliyyət Sammiti ilə bağlı “France 2” televiziyasına müsahibəsində belə deyib. Makron bildirib ki, bu investisiya ABŞ-nin “Stargate” layihəsi ilə eyni olacaq. Makron süni intellekt sahəsində dövlət və özəl tərəflər arasında əməkdaşlığı təmin edəcək qlobal tənzimləməyə və ölkəsinin yeni tərəqqi dövrünə qoşulmasına çağırıb.

Makron həmçinin süni intellektlə bağlı təhsil sahəsinə diqqət ayrılacağını ifadə edib. Qeyd edək ki, Parisdə təşkil edilən Süni İntellekt Fəaliyyət Sammitinə bir sıra dövlət başçıları və nazirlər, eləcə də aparıcı texnologiya şirkətlərinin nümayəndələri qatılacaq.

Seçilən
51
1
metbuat.az

10Mənbələr