Abşeronda avtomobil vuran 60 yaşlı qadın xəstəxanada ölüb.
APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında Abşeronda qeydə alınıb.
Yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Rəsmiyyə Salehovanı avtomobil vurub. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Fakt üzrə araşdırma aparılır.