AZ

Şabranda evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır qurulub

Şabranda evi yararsız vəziyyətə düşən ailə üçün müvəqqəti çadır qurulub

Fövqəladə Hallar Nazirliyinə Şabran rayonunun Sincanboyad kəndində Qurbanov Təbriz Eyvaz oğluna məxsus fərdi evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Seçilən
3
14
apa.az

10Mənbələr