AZ

Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün heyəti

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti müəyyənləşib.

AFFA-dan "Unikal"a bildirilib ki, yığmanın heyətinə 18 futbolçu dəvət olunub.

Komanda bu gündən fevralın 14-dək Bakıda təlim-məşq toplanışı keçəcək. U-19 fevralın 15-dən 26-dək Albaniyada Avropa çempionatının II seçmə mərhələsinin B qrupunda iştirak edəcək. Komanda fevralın 18-də Şimali İrlandiya, 21-də Albaniya, 3 gün sonra isə evdə Monteneqro seçməsi ilə üz-üzə gələcək.

Millinin heyəti: Mehriban Şahməmmədova, Aydan Həsənova, Məsumə Nəzərli, Lalə Abbaszadə, Aysu Murtuzayeva (hamısı “Neftçi”), Güləsər İsmailova (“Gömrükçü”), Aydan Əkbərova, Pərişan Abdullayeva, Səma Həsənli, Vahidə Əlipaşayeva, Fatimə Əhmədova, Röya Əliyeva (hamısı “Baku Juniors”), Aysel Ziyadova, Günel Muradova (hər ikisi “Qəbələ”), Ülviyyə İslamova (“İnter Xaçmaz”), Mədinə Curuqova (“Sabah”), Mədinə Qadimaliyeva (“Sumqayıt”), Aysel Cumayeva (“Balxurma”).

Seçilən
55
6
unikal.az

10Mənbələr