AZ

“Faytonçu Nazim” sağalır – “Həkim dedi, evə buraxılacaqsan”

“Başıma gələn bu hadisə saniyələr içində oldu. Özümdən getmişdim, yıxılmışdım. Gözümü açanda, yəni ayılanda artıq xəstəxananın reanimasiya şöbəsində idim. Nə baş verdiyini heç özüm də bilməmişəm”. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bunu “Faytonçu” ləqəbli Nazim Pişyarı deyib. 

Müğənni başına gələn hadisəni bu cür nəql edib: 

“Bir sözlə, salamat qutardım. Həkimlər mənə işemik insult diaqnozunu qoydular. Amma əzalarım, yəni əlim, qolum, başım və s. yerindədir. Problemim yoxdur. Deyim ki, haramsa əzilib və ya əyilib, elə şeylər yoxdur. Sağlam və salamatam. Hər şey qaydasındadır. Xalqımızın və insanların duaları mənə kömək oldu. Ən əsası göydəki Allah”.


Telegram kanalımız
Seçilən
21
1
yenisabah.az

9Mənbələr