AZ

UEFA Çempionlar Liqasının final topunun dizaynını təqdim edib

UEFA Çempionlar Liqasının final topunun yeni dizaynını təqdim edib.

Çempionlar Liqasının pley-off mərhələsində, o cümlədən final matçında istifadə olunacaq topu açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb.

Topda Münhenin damlarını və binalarını simvolizə edən mis-yaşıl altıbucaqlılar fonunda ağ ulduzlar var. Altıbucaqlıların içərisində Bavariyanın məşhur görməli yerlərinə həsr olunmuş qrafik elementlər var.

Qeyd olunur ki, topların yeni səthi artan dəqiqliyi təmin edir, innovativ nüvə isə “formanın və havanın maksimum qorunması ilə sürətli və dəqiq oyuna zəmanət verir”.

Pley-off mərhələsi fevralın 11-də başlayacaq. Turnirin finalı isə mayın 31-də Münhendə keçiriləcək.

Seçilən
17
1
operativmedia.az

2Mənbələr