
AzəriMed QSC əczaçı vakansiyası elan edib.

E-saglam.az sözügedən vakansiya ilə bağlı ətraflı məlumatı təqdim edir:
İş haqqında məlumat
- Müştərilərə məhsul seçimində köməklik göstərmək;
- Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək;
- Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək;
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək;
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
- Sifarişi dəqiq və vaxtında yerinə yetirmək;
- İş qrafiki: növbəli;
- Əmək haqqı: 400-600 AZN + bonus sistemi mövcuddur.
Tələblər
- Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas);
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
- Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) orta səviyyədə bilməlidir;
- Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
- Müştəri məmnuniyyəti.