Türkiyədə daha bir partiya sədri prezidentliyə namizəd olub.
“Cebheinfo.az” xəbər verir ki, Demokrat Partiyasının sədri Gültəkin Uysal prezident seçkilərində iştirak edəcək.
O, 2028-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkilərində partiyasının namizədi olacağını açıqlayıb:
“Türkiyənin Demokrat Partiyanın təmsil etdiyi köklü dəyərlərlə yenidən ayağa qalxmağı lazımdır. 2028-ci ildə keçirilən prezident seçkilərində bu idealları həyata keçirmək üçün Demokrat Partiyasının prezidentliyə namizədiyəm”.
Xatırladaq ki, bundan əvvəl Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan da prezidentliyə namizəd olduğunu elan edib.