AZ

Əlilliyə görə verilən müavinətlər də artacaq? - AÇIQLAMA

Bakı. Trend:

Azərbaycanda maaşların və pensiyaların artmasından sonrainsanları maraqlandıran əsas məsələlərdən biri əlilliyə görəverilən müavinətlərin artıb-artmaması ilə bağlıdır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı VüqarBayramov Trend-əaçıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı 23dekabr 2024-cü il tarixli sərəncama əsasən, sosial müavinətlər vətəqaüdlərin artırılması da nəzərdə tutulur:

“Belə ki, sosial müavinətlər və təqaüdlərin artırılması iləbağlı Prezident tərəfindən Nazirlər Kabinetinə 3 ay vaxt verilib vəsərəncamın imzalandığı gündən 3 ay ərzində Nazirlər Kabinetitəkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Dahasonra da, təbii ki, Prezident tərəfindən sosial müavinətlərin vətəqaüdlərin artırılması ilə bağlı qərar qəbul ediləcək.Azərbaycanda sosial müavinətlər və təqaüdlərin artırılması iləbağlı dövlət başçısı tərəfindən tapşırıq olduğuna görə buistiqamətdə artımlar olacaq”.

Deputat qeyd edib ki, Nazirlər Kabineti tərəfindən təkliflərinmart ayının ikinci yarısında təqdim olunacağı və daha sonra dövlətbaşçısı tərəfindən artımla bağlı sənədin imzalanmasıgözlənilir.

“Əlilliyə görə ödənilən sosial müavinət, bötövlükdə müavinətnövlərindən biridir. Nəzərə alsaq ki, sözügüdən sərəncamla sosialmüavinətlər və təqaüdlərin artırılması ilə bağlı NazirlərKabinetinə tapşırıq verilib, bu baxımdan, artıq Nazirlər Kabinetitərəfindən təkliflər təqdim olunduqdan sonra hansı istiqamətdəartımların olacağı və artım faizlərinin nə qədər olacağı bəlliolacaq.

Sözsüz ki, biz əlilliyə görə verilən müavinətin artırılması iləbağlı da təkliflərimizi təqdim etmişik. Bu istiqamətdə maliyyəqiymətləndirilməsi və Nazirlər Kabineti tərəfindən təkliflərhazırlandıqdan sonra məhz hansı müavinətlərdə artımların olması vəartım faizləri bəlli olacaq. Bütövlükdə biz sosial paketin növbətimərhələsində sosial müavinətlər və təqaüdlərdə artımları müşahidəedəcəyik”, - deyə V.Bayramov əlavə edib.

Seçilən
27
11
az.trend.az

10Mənbələr