Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi və “AMAN” Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının birinci müavini – qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov İran İslam Respublikası HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.
Bu barədə Viral.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə hər iki ölkənin regional maraqlarını özündə birləşdirən Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə dəniz sularında birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilib.
Son Yazılar:
- Azərbaycan və İran arasında hərbi əməkdaşlıq müzakirə edildi
- Bakıda 1 yaşlı körpə qəfil ÖLDÜ
- Sertifikasiyadan keçə bilməyən 1300 müəllim işdən ÇIXARILDI
Tərəflər görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.