AZ

Şabranda evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır qurulub

Şabranda
Şabranda evi yararsız vəziyyətə düşən ailə üçün müvəqqəti çadır qurulub. 1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, FHN-ə Şabran rayonunun Sincanboyad kəndində Qurbanov Təbriz Eyvaz oğluna məxsus fərdi evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Seçilən
24
14
1news.az

10Mənbələr