“Ryanair” hava şirkətinə məxsus təyyarə gözlənilməz qonaq səbəbindən Roma hava limanından iki gün səmaya qalxa bilməyib.
Qaziler.az xəbər verir ki, bu barədə “The Sun” məlumat dərc edib.
Nəşrin məlumatına görə, hadisə fevralın əvvəlində baş verib. Belə ki, ağ-qara rəngli pişik “Boeing 737” təyyarəsinin içinə girib. Ekipaj üzvləri uçuşa hazırlaşarkən texniki kupedən pişiyin səsini eşidiblər. Yük panellərini çıxardıqdan sonra hava limanının mühəndisləri elektrik naqillərinə dırmaşan pişiyi aşkar ediblər. Heyvan təyyarəni təkbaşına tərk etməkdən imtina edib və onu çıxarmağa çalışarkən təyyarənin içində dolaşığa düşüblər. Daha sonra hava limanının işçiləri gözləmə taktikası seçiblər: elektrik bölməsini açıq qoyublar və pişik təyyarənin içində qalmaqdan bezənə qədər onu gözləməyə başlayıblar. Yalnız iki gün sonra o, ehtiyatla bayıra çıxıb. Bundan sonra təyyarə hava limanının əməkdaşları tərəfindən yoxlanılıb və ekipaj Almaniyaya uça bilib.
Vəziyyətlə tanış olan mənbə qeyd edib ki, texniki kupedə pişiyin olması təyyarənin nasazlığına səbəb ola və bu, aviaşirkətə on minlərlə dollara başa gələ bilərdi.
QAZİLER.AZ