"Sumqayıt" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub. "Kimyaçılar"In özbəkistanlı yarımmüdafiəçisi Casurbek Caloliddinov matçdan sonra Sportal.az saytına müsahibə verib:
- Yaxşı oynadıq. Amma qalib gələ bilmədik. Sonda da məğlubiyyətlə üzləşdik. İkinci hissəyə rəqib yaxşı başladı. Ona görə sonda uduzduq.
- Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?
- Yaxşı çempionatdır. Azərbaycan Premyer Liqası rəqabətədavamlı liqadır. Hamı bir-biri ilə mübarizə aparır.
- Start heyətində oynayırsan. Artıq komandaya adaptasiya olmusan?
- Bəli, adaptasiya olmuşam. Ona görə də, oynayıram. Özümü daha yaxşı hiss edirəm. Baş məşqçi də şans verir.
- "Şamaxı" ilə matçın ikinci hissəsində oyununuz enişə getdi. Nə baş verdi?
- Bəli, bu bizim səhvimiz idi. Əgər birinci hissədəki kimi oynamağa davam etsəydik, qalib gələrdik. Mən özüm də bilmirəm, niyə belə oldu. İkinci hissəyə onlar yaxşı başladı. Biz də sonda uduzduq.
- Komanda 7 oyundur ki, qol da vura bilmir. Problem nədədir?
- Bilmirəm. Çalışırıq. Daha da çox çalışacağıq ki, yaxşı oynayaq.
- Azərbaycanda özbəklər əvvəllər də oynayıb, indi də səninlə yanaşı "Sabah"ın futbolçusu burada çıxış edir. Umarali Raxmonaliyevlə münasibətin necədir?
- Olimpiya oyunlarında Umarali ilə Özbəkistan millisində birlikdə oynamışıq. Ona görə də onunla yaxşı münasibətimiz var. O, bir az əvvəl gəlib Azərbaycana. "Sabah"la oynamışdıq. Orada elə onunla görüşdük, söhbətləşdik.
Elçin Əlixan
saytlarin hazirlanmasi