AZ

Rusiyada qiymətli daşların qanunsuz dövriyyəsi ilə məşğul olan ermənilər saxlanılıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Sankt-Peterburq şəhərində qiymətli daşların qanunsuz dövriyyəsi ilə məşğul olan Ermənistan vətəndaşları saxlanılıblar.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, əməliyyatı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti həyata keçirilib.
Qeyd olunur ki, 33 və 45 yaşlı iki Ermənistan vətəndaşı, həmçinin Rusiya vətəndaşlığını qəbul etmiş 41 yaşlı İrəvan sakini brilyantları satmaq üçün qarşı tərəflə razılığa gəliblər.
Onlar qiymətli daşların satışından 5.5 milyon rubl (96 min manat) gəlir əldə ediblər, lakin qısa müddət sonra saxlanılıblar.
Hüquq mühafizə orqanlarının apardığı əlavə axtarış nəticəsində hadisə yerindən beş mobil telefon, bir notbuk, o cümlədən 15 min dollar, 741 min rubl və azı altı milyon dəyərində (105 min manat) 456 brilyant götürülüb.
Seçilən
58
50
oxu.az

10Mənbələr