İtaliya millisinin heyətində dünya çempionu olan Alessandro Nesta 7 həftə əvvəl qovulduğu A Seriyası təmsilçisi "Montsa"nın baş məşqçisi vəzifəsinə qayıdıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis bu postdan ayrılan Salvatore Bokkettini əvəzləyib.
A.Nesta dekabrın 23-də vəzifəsindən kənarlaşdırılmışdı. Komanda onun baş məşqçi olduğu dönəmdə 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə uduzub.
Qeyd edək ki, "Montsa" 16 xalla A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.