AZ

"Birbank" vasitəsilə sığorta alanlara ŞAD XƏBƏR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Birbank" müştərilərinin tələb və ehtiyaclarını qarşılayan məhsullar təqdim etməyə davam edir.
Belə ki, yenilənən "İcbari Avto Sığorta" məhsulu indi birbanklılara daha böyük üstünlüklər qazandırır. Yeni avtomobil alanlar və avtomobilinin icbari sığortasını yeniləməli olanlar üçün cərimə olunmaq qorxusu, vasitəçi axtarmaq təlaşı, sığortanın son günü həyəcanı keçmişdə qaldı. Artıq icbari sığortanı vaxt itirmədən cəmi bir neçə kliklə əldə etmək mümkündür.
"Birbank" mobil tətbiqində təkmilləşdirilən şəxsi kabinet hissəsinə sığortanın başlama və bitmə funksiyası da əlavə edilib. Nəticədə icbari avtomobil sığortasını əldə etmək daha da asanlaşıb. Artıq istifadəçilər "Bank məhsulları sifariş edin" bölməsindən "Sığorta əldə et" bölməsinə keçid edərək, "İcbari Avto Sığorta" hissəsini seçə və rəqəmsal dünyanın yaratdığı üstünlüklərdən cəmi 3-4 dəqiqəyə  faydalana bilərlər.
"Birbank"ın daha bir təklifi isə "Səyahət sığortası" ilə bağlıdır. Səyahət sığortası səyahəti sevən hər kəsə dünyanı təhlükəsiz və rahat kəşf etməyi vəd edir. "Birbank" mobil tətbiqində "Bank məhsulları sifariş edin" bölməsindən "Sığorta əldə et" bölməsinə keçid edərək özünüzə və sevdiklərinizə ürək rahatlığı ilə limitsiz və təhlükəsiz səyahət hədiyyə edə bilərsiniz.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Birbank" üç milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və "Paşa Holding"ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Seçilən
30
29
oxu.az

10Mənbələr