2025-ci il yanvar ayının 1-i tarixinə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin (elektromobillərin) sayı məlum olub...
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub.
Qeyd edək ki, 2023-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 3115-ə çatıb.
Xatırladaq ki, ötən il Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.
Poliqon.info