Müğənni Ramal İsrafilov qardaşı Valeh İsrafilovun illər əvvəl yayılan videosundan danışıb.
OLAY yazır ki, bu barədə Ramal “Günaydın, Azərbaycan” proqramında açıqlama verib. O bildirib ki, ata-anası sözügedən xəbərlərdən sonra şəkər xəstəsi olub:
“Valideynlərin hissləri ilə oynayırlar. Bir hadisə oldu, Valehin, Mələkxanımın (Xalq artisti, bibisi Mələkxanım Eyubova - red.) adı hallandı. Bu başqa bir insanın sifarişi ilə olan bir şey idi. O şeyləri bağlayaq. Hər dəfə biz bir paylaşım edəndə altından bunu yazırlar. Həmişə evdən çıxanda atam deyirdi, ağac bar verdikcə başını aşağı əyər. Harasa gedəndə deyirlər, balaca qardaşının filan videosu yayılmışdı. Kim olsaydı çıxıb danışardı. Başımız qarışdı valideynlərimizə: atam da, anam da şəkər oldu. İnsan ətrafa baxanda, bir bəyə, xanıma baxanda ailəsini görməlidir. Biz harasa gedəndə başımızı aşağı salıb məclis idarə edirik”.
![](https://olay.az/uploads/posts/2025-02/174302_ohtkk5lobd.webp)