ABŞ bizə qarşı bütün mümkün planları imzalayır və sonra deyir ki, biz hazırıq, gəlin danışaqlara başlayaq.
Medianews.az axar.az-a istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian bu gün İran islam inqilabının ildönümü ilə bağlı etdiyi çıxışında deyib.
“Biz terrorçuyuq? Biz, Xamenei və İran rəsmiləri terrorun qurbanıdır”, – Pezeşkian əlavə edib.
Qeyd edək ki, 1981-ci ildə müxaliflərin quraşdırdığı bomba nəticəsində Xameneinin sağ əli iflic olub.