AZ

Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan növbəti müraciətlərə baxılıb

Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.

“İki sahil” xəbər verir ki, MSK-nın bu gün keçirilən icasında çıxışçılar şikayətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat veriblər.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, 71 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının müxtəlif məntəqə seçki komissiyalarından daxil olan müraciətlərdə iddia olunan qanun pozuntuları təsdiqini tapmayıb. Dairə seçki komissiyasının müvafiq qərarı qüvvədə saxlanılıb.

MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun sözlərinə görə, 76 Lənkəran-Masallı dairə seçki komissiyasının Liman bələdiyyəsinə üzvlüyünə namizədin müraciəti ərizəçiyə geri qaytarılmalıdır.

MSK-nın və Ekspert qrupunun üzvü Tofiq Həsənov deyib ki, 113 saylı Qax-Şəki dairə seçki komissiyasının Aşağı Göynük bələdiyyəsinin 61 saylı seçki məntəqəsindən daxil olan müraciət onu təqdim edən şəxsə geri qaytarılmalıdır.

MSK-nın və Ekspert qrupunun üzvü İlkin Şahbazov bildirib ki, 81 saylı İmişli seçki dairəsinin İmişli bələdiyyəsindən qeydə alınan namizədin müraciətində iddia edilən qanun pozuntuları öz təsdiqini tapmayıb. Namizədin şikayəti təmin edilməyib, dairə seçki komissiyasının müvafiq qərarı qüvvədə saxlanılıb.

Seçilən
10
2
ikisahil.az

3Mənbələr