AZ

Qobustanda ağır yol qəzası baş verib, ölən və xəsarət alan var

Qobustanda ağır yol qəzası baş verib,ölən və xəsarət alan var.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində baş verib.

“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri ölüb. Həmçinin sürücü, 32 yaşlı Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
0
14
olke.az

10Mənbələr