AZ

"Agile - Çevik gənclik" layihəsi uğurla başa çatdı

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "Agile - Çevik gənclik" layihəsi uğurla yekunlaşıb. 

Layihə çərçivəsində keçirilən təlimlərdə iştirakçılar layihə idarəetməsi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər. Təlimlər zamanı "Layihə nədir?", "Layihə meneceri kimdir?", "Layihələrin idarə olunmasında Waterfall yanaşma", "Layihələrin idarə olunmasında Agile yanaşma", "Layihələrin idarə olunmasında Scrum yanaşma" və "Layihələrin idarə olunmasında Hibrid yanaşma" mövzuları əhatə olunub.

Təlimlər "Azerconnet Group" şirkətində layihə meneceri vəzifəsini icra edən Nicat Məmmədov tərəfindən təqdim edilib. İştirakçılar həm nəzəri biliklərə yiyələnib, həm də praktiki məşğələlər vasitəsilə layihə idarəetməsinin müxtəlif üsullarını tətbiq edərək təcrübə qazanıblar.

Layihəni uğurla tamamlayan 20 iştirakçı sertifikatla təltif edilib.

"Agile - Çevik gənclik" layihəsi çərçivəsində gənclərin innovativ idarəetmə metodlarına dair biliklərinin artırılması və onların gələcək karyera inkişafına dəstək göstərilməsi hədəflənib. Layihə iştirakçıları əldə etdikləri bilik və bacarıqların gələcəkdə uğurlu layihələr həyata keçirmək üçün mühüm rol oynayacağını bildiriblər.

Seçilən
17
5
yeniazerbaycan.com

6Mənbələr