AZ

“Azərişıq” cənub rayonlarında güclü qarın yaratdığı qəzaların aradan qaldırıldığını

“Azərişıq” ASC ölkənin cənub rayonlarında güclü qarın yaratdığı qəzaları aradan qaldırıb.

Bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, fevralın 6-7-də yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Astara, Lerik və Yardımlının digər sahələrdə olduğu kimi elektrik təsərrüfatında da fəsadların yaranmasına səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində hər 3 rayonda 0,4 və 10 kV-luq xətlərin keçdiyi bir sıra dağlıq kənd və qəsəbələr işıqsız qalıb.

"Azərişığ"ın Lənkəran, Masallı, Cəlilabad, həmçinin qəza baş verən rayonların elektrik şəbəkələrinin əməkdaşları ilk gündən iş başında olub. Həyata keçirilən bərpa işləri nəticəsində ümumi ərazi gərginliklə təmin edilib.

Dağlıq ərazilərdə qarın səviyyəsinin 1 metrə çatması nəticəsində tamamilə bağlanan yollarda "Azərişıq" xüsusi texnikalarla yolları açıb, əməkdaşların qəza yerlərinə çatmasına şərait yaradıb. Yağan qarın hündürlüyünə və kəskin hava şəraitinə baxmayaraq əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdiriblər.

Qeyd edilən rayonlarda qısa vaxt ərzində elektrik enerjisinin verilişi tamamilə bərpa olunub.

Seçilən
25
18
xezerxeber.az

10Mənbələr