AZ

Nijni Novqorodda ekstremist cinayətlərə görə 15 nəfər saxlanılıb

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Nijni Novqorodda irqi və milli nifrət və düşmənçilik motivləri ilə cinayətlər törədən ekstremist qruplaşmanın fəaliyyətini ləğv edib, 15 şübhəli şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

"Rusiya DİN-in Ekstremizmə Qarşı Mübarizə Baş İdarəsinin 2-ci şöbəsi, DİN-in Ekstremizmə qarşı Mübarizə Mərkəzi, Kinoloji Xidmət Mərkəzi və Ekspert-Kriminalistika Mərkəzinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ekstremist qruplaşmanın fəaliyyətində iştirakı mümkün olan 15 nəfər, o cümlədən ehtimal olunan təşkilatçı müəyyən edilib. Onların hamısı hüquq-mühafizə orqanlarına gətirilib", - o bildirib.

İ.Volkun sözlərinə görə, mövcud məlumatlara əsasən, kriminal qruplaşmaya kollegial orqan - şura rəhbərlik edib, ümumi kassa və iştirakçıların toplanması üçün məkan olub.

Bundan başqa, polis əməkdaşları qrup üzvlərinə məxsus kompüter avadanlığı, nasist atributları, soyuq və pnevmatik silahlar, həmçinin ekstremist məzmunlu ədəbiyyat aşkar ediblər. RF Cinayət Məsəlləsinin 282.1-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə Cinayət işi açılıb. Hazırda "hərəkat"ın ehtimal olunan təşkilatçısı və iştirakçılarından biri şübhəli şəxs qismində dindirilib. Şübhəlilər həbs olunub.

Seçilən
25
2
report.az

3Mənbələr