AZ

Azərbaycanda elektromobillərin sayı məlum oldu

2025-ci il yanvar ayının 1-i tarixinə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin (elektromobillərin) sayı məlum olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, 2024-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub.

Məlumat üçün deyək ki, 2023-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 3115-ə çatıb.

Xatırladaq ki, ötən il Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.(apa)

Seçilən
8
14
avtosfer.az

10Mənbələr