AZ

Təhsil Nazirliyinin 10 milyonluq tenderini udan şirkət kimindir?..

Image

Qida təchisatı sahəsində 5 ilə üst-üstə 80 milyon manat tender udan “TAİS İKF” MMC-nin  nizamnamə fondu 10 manatdır…

Bu günlərdə Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “TAİS İKF” MMC ilə 10 milyon manatlıq müqavilə bağlayıb.

Müqavilədə Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətinin satınalınaması nəzərdə tutulur.

Nizamnamə kapitalı 10  manat olan “TAİS İKF” MMC yerli resurslardan kapitallaşmış və 1994-ci ildə qeydiyata alınmış Azərbaycan şirkətidir. Fəaliyyətə başlayan zaman, başqa sahələrdə çalışmaqla bərabər, şirkət Bakıda yerləşən, əsasən xaricilərdən ibarət olan ofis işçilərini yeməklə təmin etmək istiqamətində də çalışırdı. Azərbaycana gələn xarici şirkətlərin artması, iqtisadiyyatın inkişafını görərək və ictimai-iaşə xidmətlərinə tələbatın artdığını müşahidə edərək, şirkət öz fəaliyyətində prioritet istiqamət olaraq bu sahəni seçib.

MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

01.01.2024-cü il tarixdə Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təkliflər sorğusu üzrə "TAİS İKF" MMC ilə məbləği 12 milyon 86 min manat olan müqavilə imzalayıb. Bu müqavilə "2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasını nəzərdə tutur.

Bununla yanaşı, Metropoliten ilə "TAİS İKF" MMC arasında 2019-cu ilin noyabr ayında "Bakı Metropoliteni" QSC-nin stansiyalarında təmizlik işləri" lotu üzrə 1 milyon 999 min 994 manatlıq, 2020-ci ilin yanvar ayında ""Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması" lotu üzrə 1 milyon 999 min 994 manatlıq, 2020-ci ilin may ayında "Bakı Metropoliteni” QSC-nin infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması" lotu üzrə 1 milyon 1 min 445 manatlıq müqavilə imzalanıb.
 QSC ilə MMC arasında təmizlik işlərinə görə bağlanan müqavilələrin ümumi dəyəri 5 milyon 433 manat təşkil edir.

«TAİS İKF» MMC-nin (VÖEN 1400019741) qazandığı digər tenderlər aşağıdakılardır:

1. Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat Idarəsi - 2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması -12 milyon 704 min 454 manat - 20.02.2023

2. Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat Idarəsi - Təhsil nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisəsində dövlət təminatında olan təhsilalanların 2022-ci ilin sentyabr-dekabr ayları ərzində yeməklə təchizatı – 6 milyon 616 min 245 manat - 07.09.2022

3. "Yevlax Rayon Mərkəzi Xəstəxanasi" PHŞ  - Ərzaq məhsullarının alınması və təminatı (keytring xidməti) – 198 min 594 manat - 30.12.2021

4. "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasi" PHŞ - Hazır yemək (keytring xidməti) – 389 min 400 manat - 24.12.2021

5. "Ağdaş Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Ərzaq məhsullarının alınması və təminatı (keytring xidməti) – 198 min 594 manat - 18.12.2021

6. 13 Nömrəli Ixtisaslaşdirilmiş Olimpiya Ehtiyatlari Uşaq-Gənclər Idman Məktəbi - Təlim-məşq toplanışının yemək və yataq xərci – 8 min 711 AZN - 14.09.2021

7. "Yevlax Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Hazır yemək (keytrinq) xidmətinin satınalması - 180 min 540 manat - 28.07.2021

8. "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasi" PHŞ - Hazır yemək (keytrinq) xidmətinin satınalması il ərzində - 365 min 137 manat - 19.05.2021

9. "Ağdaş Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Ərzaq məhsullarının alınması və təminatı (keytring xidməti) – 180 min 540 manat - 06.04.2021.

10. "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasi" PHŞ - Hazır yemək (keytrinq) satınalınması - 426 min 570 manat - 05.03.2021

11. "Ağdaş Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Keytrinq xidməti – 45 min manat - 30.12.2020.

12.  "Ağdaş Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Keytrinq xidmətinin satınalınması – 88 min 250 manat - 19.11.2020.

13. "Ağdaş Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Keytrinq xidməti – 124 min 088 manat - 18.11.2020.

14. "Yevlax Rayon Mərkəzi Xəstəxanasi" PHŞ - Keytrinq xidməti 130 min 718 manat - 09.10.2020

15. "Bakı Metropoliteni" QSC - “Bakı Metropoliteni” QSC-nin infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması – 1 milyon 144 manat - 25.05.2020.

16. Təhsil Nazirliyi - Təhsil Nazirliyi tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2020-ci ilin may-dekabr ayları ərzində yeməklə təchizatı ilə bağlı xidmətlərinin satın alınması – 9 milyon 073 min 036 manat - 04.05.2020.

17. "Bakı Metropoliteni" QSC - “Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması – 1 milyon 999 min 994 manat - 30.01.2020

18. Təhsil Nazirliyi - Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2019-cu ilin may-dekabr ayları ərzində yeməklə təminatı işləri – 9 milyon 028 min 650 manat - 13.05.2019.

Onu da bildirək ki, ötən ilin sonuna “TAİS İKF” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 19 min 976 manat 70 qəpik vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir. Amma yuxarıda qeyd etdiyimiz kimi, “TAİS İKF” MMC bu il 10 milyonluq tenderin qalibi olub.

2023-cü ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə baş verib. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub.

Akif NƏSİRLİ





Seçilən
34
baki-xeber.com

1Mənbələr