AZ

Paşinyanın Fransaya səfərinin əsl SƏBƏBİ AÇIQLANDI

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa gedib. O, Parisdə keçirilən Süni İntellekt Sammitində iştirak edəcək. Bundan öncə mediada Fransanın Ermənistana ağır hərbi texnika verməsi kimi məlumatlar yayılmışdı. Bunları nəzərə alaraq, səfər vaxtı Paşinyanın sammit adı altında bir çox mövzuları müzakirə etməsi gözləniləndir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, bu səfər əslində müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsi məqsədini güdür?

"Təbii ki, Paşinyanın Fransaya səfərini silah-sursat, hərbi texnika almaq kimi qələmə verməyəcəklər. Fransa da Cənubi Qafqazda özünün maraqlarını təmin etmək üçün, daha doğrusu, Cənubi Qafqazı qarışdırmaq üçün ən ideal variant kimi Ermənistanı görür. Paşinyanın Fransaya getməsini süni intellektlə bağlı hansısa tədbirə qatılmaq kimi göstərirlər. Amma bu, qətiyyən inandırıcı görsənmir. Aydın məsələdir ki, burada məqsəd müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsidir. Fransa ilə zatən müqavilə də imzalanıb və görünür ki, burada həm də Avropa İttifaqının "mülki missiyası" adı altında qoşunların yenə də Ermənistan-Azərbaycan şərti sərhədlərində saxlanılmasını həyata keçirməkdir".

Samir

Politoloq Ermənistanın son nəticədə Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur olacağını, əks halda yeni müharibə yaratmaq riski daşıdığını vurğuladı:

"Görünür ki, Fransa Ermənistanın əli ilə Cənubi Qafqazda təsirlərini daha da möhkəmləndirməyə çalışır. Mən inanmıram ki, o, ciddi bir təsir imkanı yarada bilər. Çünki Ermənistan son nəticədə Azərbaycanla sülh müqaviləsinə getməlidir. Başqa alternativ yoxdur. Olmayacaqsa, bu, yeni bir müharibə yaratmaq riskini ortaya qoyur. Mən düşünürəm ki, Paşinyanın əsas hədəfi birinci Ermənistanın silahlandırılmasının Fransa tərəfindən təmin edilməsidir, ikincisi, mülki missiya adı altına gətirdiyi qoşunların sayının artırılması və yaxud da ki, onun tərkibinin yenidən artırılması ilə, müqavilənin vaxtının uzadılması ilə bağlı məsələ ola bilər. Qısacası, Ermənistanın tək ümid yeri Fransa olub".

Türkan İSGƏNDƏRLİ

Seçilən
12
redaktor.az

1Mənbələr