Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Adalet.az xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Kəpəz"i qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra Naxçıvan təmsilçisi 44 xalla 2-ci, Gəncə klubu 18 xalla 9-cudur.
Günün son oyununda "Zirə" öz meydanında "Neftçi"ni sınağa çəkəcək. Görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, XXII turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Şamaxı”ya 1:0, “Turan Tovuz” isə “Sabah”a 1:2 hesabı ilə uduzub. Tura fevralın 11-də keçiriləcək "Qarabağ"-"Səbail" matçı ilə yekun vurulacaq.