İtaliya millisinin heyətində dünya çempionu olan Alessandro Nesta 7 həftə əvvəl qovulduğu A Seriyası təmsilçisi "Montsa"nın baş məşqçisi vəzifəsinə qayıdıb.


Rekord.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.


38 yaşlı mütəxəssis bu postdan ayrılan Salvatore Bokkettini əvəzləyib.


Nesta dekabrın 23-də vəzifəsindən kənarlaşdırılmışdı. Komanda onun baş məşqçi olduğu dönəmdə 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə uduzub.


"Montsa" 16 xalla A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.