AZ

Bakıda işdən evə gedən qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı

Bu gün Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə qəsəbədəki məktəblərdən birinin yaxınlığında baş verib.

1973-cü il təvəllüdlü G.Həmidovaya kəsici alətlə xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən, G.Həmidovanın keçmiş həyat yoldaşı 56 yaşlı Ə.Atakişiyev Suraxanı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, hadisə G.Həmidova işlədiyi məktəbdən çıxıb evə gedərkən baş verib. O, həmin məktəbdə xadimə işləyir.

Seçilən
30
7
qafqazinfo.az

8Mənbələr