Paytaxtın Suraxanı rayon Hövsan qəsəbəsində qadın bıçaqlanıb.
Hadisə qəsəbədəki məktəblərdən birinin yaxınlığında baş verib.
1973-cü il təvəllüdlü G.Həmidovaya işlədiyi məktəbdən çıxıb evə gedərkən kəsici alətlə xəsarət yetirilib.
Suraxanı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 56 yaşlı Ə.Atakişiyev saxlanılıb.
Qeyd edilir ki, G.Həmidova həmin məktəbdə xadimə işləyir.
Faktla bağlı araşdırma aparılır.