AZ

Bakıda "Orbita" uşaq bağçasında azyaşlıya şiddət göstərilməsi videosu ilə bağlı araşdırma başladı

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlıya şiddət göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

 

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

 

Qeyd edək ki, hadisə baş verən özəl uşaq bağçasının Nizami rayonu ərazisində yerləşdiyi bildirilir./APA

 

Qeyd: Hadisənin "Orbita" uşaq bağçasında baş verdiyi bildirilir.

Tarix: 10 Fevral 2025, 18:42   
Seçilən
39
15
pravda.az

10Mənbələr