Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlıya şiddət göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Redaktor.az-a bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Qeyd edək ki, hadisə Nizami rayonu ərazisində, "Qara Qarayev" metrostansiyası yaxınlığında yerləşən özəl bağçada qeydə alınıb.