AZ

Bakı-Quba yolunda gənc oğlanı maşın vurdu - FOTO

Bakı-Quba yolunda piyadanın ağır xəsarət alması ilə nəticələnən qəza baş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik leytinantı Mübariz Ağayev bildirib ki, hadisə Bakı-Quba yolunun 28-ci kilometrində qeydə alınıb. Şirvan şəhər sakini Cavid Mirzəyevin idarə etdiyi "Toyota" markalı avtomobil yolun piyadalar üçün nəzərdə tutulmayan hssəsindən keçən 2005-ci il təvəllüdlü Ceyranbatan qəsəbə sakini Rəvan Rüstəmovu vurub. Piyada ağır xəsarətlər alaraq Sumqayıt şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, piyadanın vəziyyəti ağır qiymətləndirilir.

M. Ağatev qeyd edib kİ, BDYPİ piyadaları onların rahatlığı üçün nəzərdə tutulmuş piyada keçidlərindən istifadə edərək, həm özlərinin həm də sürücülərin həyatlarını təhlükəyə atmamaq üçün müraciət edib.

Bakı-Quba

Seçilən
17
8
redaktor.az

9Mənbələr