Sabirabadda yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Sabirabad magistralında qeydə alınıb. “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”də olan İmişli sakini, 1975-ci il təvəllüdlü Abbasov Anar Gürşad oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.