AZ

Həcc ziyarətinə gedəcək şəxslərin nəzərinə! - YENİ QADAĞA

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları gətirməyi qadağan edib.

Publika.az xəbər verir ki, qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub.

Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkil edilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunması istiqamətində daha bir neçə yeni qərar verib.

Buraya təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə kampaniyaları, zəvvarların müqəddəs yerlərdə hərəkətini tənzimləmək üçün intellektual sistemlərin tətbiqi, Həcc ayinlərinin icrasını asanlaşdırmaq üçün düşərgələrin modernləşdirilməsi və yolların təkmilləşdirilməsi daxildir.

Seçilən
25
publika.az

1Mənbələr