Bu gün Misli Premyer Liqasının 22-ci turunun növbəti oyunu keçirildi.

Offsideplus.az xəbər verir ki, "Araz-Naxçıvan" "Kəpəz"i qəbul etdi-0:0. Qonaq komandanın baş məşqçisi Azər Bağırov oyundan sonra mətbuat konfransında bunları dedi.

"Gəncəyə xalsız qayıtmaq istəmirdik. Heyətdə itkilərimiz var idi. Buna baxmayaraq, rotasiyalarımızı etdik. Uşaqlar vuruşdular. Təkbətək epizodu qola çevirə bilsəydik, oyun başqa hesabla da bitə bilərdi. Çünki rəqib də irəli atılardı. İkinci hissə bizim üçün bir az çətin başladı. Məncə, 1 xal qazandıq. Səfərdə 1 xal qazanmaq yaxşı nəticədir."