AZ

ABŞ-da qripə yoluxma hallarının sayı 15 illik maksimuma çatıb

ABŞ-da bu ilin qış mövsümü virusları görünməmiş intensivliyə çataraq son 15 ilin ən ağır qrip mövsümü kimi qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə xarici media bildirib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bildirib ki, qripəbənzər əlamətlərlə həkimlərə müraciət edənlərin sayı 2009-2010-cu illərdən başlayaraq bütün göstəriciləri aşıb. Məlumatlar bu il qrip epidemiyasının nə qədər ciddi olduğunu göstərir.

Qrip mövsümünün sərt keçməsinə baxmayaraq, CDC bildirib ki, vaksin alanların sayında dəyişiklik olmayıb. Böyüklərin 44 faizi qrip əleyhinə peyvənd olunub ki, bu da keçən ilin qış mövsümündə peyvənd olunanların sayına uyğundur. Ancaq uşaqlar arasında peyvəndləmə səviyyəsi 50 faizdən 45 faizə düşüb.

Bundan başqa, yanvarın sonuna kimi yaşlı amerikalıların 23 faizi COVID-19 əleyhinə peyvənd olunub ki, bu da keçən illə müqayisədə çoxdur. Bu virus əleyhinə peyvənd olunan uşaqların sayında dəyişiklik olmayıb, 12 faiz təşkil edib.

Yanvar ayının son həftəsi ambulator müəssisələrə müraciət edən pasiyentlərin 7,8 faizi qripəbənzər xəstəliklərdən şikayət edib. Son iki həftə ərzində bu göstərici artaraq yanvarın 25-də 7 faiz, ondan əvvəlki həftə isə 5,8 faiz olub.

Fevralın 1-nə kimi təxirəsalınmaz yardım şöbəsinə əhalinin 8 faizi “qrip”, 1 faizi COVID-19, 0,5 faizi isə respirator-sinsitial virus diaqnozu ilə müraciət edib.

CDC-nin məlumatına görə, novovirusa yoluxanların sayında da bu qış artım müşahidə olunub.

Seçilən
16
8
sia.az

10Mənbələr