AZ

Ağcabədidə qəza baş verdi, 4 nəfər xəsarət aldı - FOTO

Ağcabədidə iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə Hindarx-Borsunlu yolunun Ağcabədi rayon Taynaq kəndi ərazisindən  qeydə alınıb. 

Avtosfer.az-ın “Bizim.Media”ya istinadən verdiyi məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik maşını qarşıdan gələn KİA markalı avtomobillə toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan nəfər - 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadi Ağa oğlu, 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu və 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu  Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədidə

Seçilən
39
10
avtosfer.az

10Mənbələr