AZ

Ağcabədidə iki maşın toqquşdu - Yaralılar var - FOTO

Ağcabədidə iki minik avtomobili toqquşub.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə Hindarx-Borsunlu yolunun rayonun Taynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "KİA" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə hər birində iki nəfər olmaqla, dörd nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Yaralılar 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadı Ağa oğlu, 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu və 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

  • Ağcabədidə
  • Ağcabədidə
  • Ağcabədidə
  • Ağcabədidə
  • Ağcabədidə
  • Ağcabədidə
  • Ağcabədidə
  • Ağcabədidə
  • Ağcabədidə
  • Ağcabədidə
Seçilən
34
10
day.az

10Mənbələr