AZ

Tramp polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edib

Tramp polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edib

ABŞ prezidenti Donald Tramp fevralın 10-dan etibarən ABŞ-yə digər ölkələrdən idxal edilən polad və alüminiuma 25 faiz tarif tətbiq etmək niyyətində olduğunu açıqlayıb. ABŞ dövlət başçısı bu barədə jurnalistlərə bildirib.

AzPost “Reuters”ə istinadən xəbər verir ki, o, Amerika mallarına rüsum tətbiq edən digər ölkələrə qarşı cavab tariflərini isə fevralın 11-12-də açıqlayacağını bildirib və vurğulayıb ki, bu qərarlar dərhal qüvvəyə minəcək.

“Çox sadədir: əgər onlar bizə tarif tətbiq edirlərsə, biz də onlara tətbiq edirik”, – Tramp qarşılıqlı tarif planı barədə danışarkən bildirib.

ABŞ hökuməti və Amerika Dəmir və Polad İnstitutunun məlumatlarına görə, ölkəyə ən çox polad idxal edən dövlətlər Kanada, Braziliya və Meksika, daha sonra isə Cənubi Koreya və Vyetnamdır.

İlk prezidentlik müddətində Tramp polad idxalına 25 faiz və alüminiuma 10 faiz tariflər tətbiq edib, lakin daha sonra ABŞ-nin bəzi ticarət tərəfdaşlarına – Kanada, Meksika və Braziliyaya rüsumsuz ticarət kvotası verib. Trampdan sonra prezident Co Bayden bu kvotaları Böyük Britaniya, Yaponiya və Avropa İttifaqına da şamil edib.

Seçilən
54
20
azpost.info

10Mənbələr