AZ

Kobaxidze: Gürcüstan Cənubi Qafqazda sülhün təşviq edilməsində müsbət rol oynayır

Gürcüstan regionda, xüsusilə də Cənubi Qafqazda sülhün təşviqində müsbət rol oynayır və regionda sülh və sabitliyin təşviqi bizim vizyonumuzdur.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze İsveç KİV-nə açıqlamasında deyib.

"Həmçinin indi, biz öz ətrafımızda maraqları balanslaşdırmalıyıq, biz çox mürəkkəb bir regionda mövcud olmalıyıq.
Bizim şimal qonşumuz olan Rusiya ilə bir çox problemlərimiz var, ərazilərimizin 20 faizi Rusiya Federasiyasının işğalı altındadır. Bizim ətrafımızda da münaqişələr var. Buna baxmayaraq, Gürcüstan regionumuzda, xüsusən də Cənubi Qafqaz regionunda sülhün bərqərar olunmasında çox müsbət rol oynayır və bizim vizyonumuz regionda sülhü və sabitliyi dəstəkləməkdir, çünki biz öz tariximizdən bilirik ki, sülh olmadan inkişaf mümkün deyil",- Kobaxidze deyib.

Seçilən
12
apa.az

1Mənbələr