AZ

Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi açılacaq

  Yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi açılacaq.

Referans.az Globalinfo.az-a istinadən  xəbər verir ki, bu barədə “NEWS.am” məlumat yayıb.

Mənbənin sözlərinə görə, keçid məntəqəsinin açılışı martın 1-nə planlaşdırılır. Eyni zamanda, buraxılış məntəqəsinin təhlükəsizliyinin Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, hazırda sərhədin bütün perimetri boyunca nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan üzrə sərhəd bölməsi həyata keçirir.  

Seçilən
38
1
referans.az

3Mənbələr