AZ

Nazirin səsindən istifadə edib milyonlar aldılar

İtaliyada süni intellekt vasitəsilə müdafiə naziri Quido Krosettonun adından və səsindən istifadə olunaraq ölkənin aparıcı iş adamlarını hədəf alan dələduzluq edilib.

"Unikal" xəbər verir ki, fırıldaqçılar nazirin səsini süni intellektlə təqlid edərək 10-dək iş adamını aldatmağa çalışıblar. Belə ki, bir generalın adından həmin iş adamlarına nazirliyin stasionar telefonundan zənglər edilib. Daha sonra nazirin adından istifadə olunaraq İranda və Suriyada saxlanılan jurnalistlərin azad edilməsi üçün vəsait toplandığı bildirilib, bu vəsaitin daha sonra Mərkəzi Bank vasitəsilə iş adamlarına geri qaytarılacağı bildirilib.

Fırıldaqçıların hədəf aldıqları iş adamları arasında məşhur moda brendi “Armani”nin sahibi Giorgio Armani, moda nəhəngi “Prada”nın baş icraçı direktoru Patrizio Bertelli, “İnter” futbol klubunun sabiq prezidenti Massimo Morattinin və digər biznesmenlərin olduğu bildirilib. Massimo Moratti fırıldaqçılara indiyədək ümumilikdə təxminən 1 milyon avro göndərdiyini deyib.

Müdafiə naziri Quido Krosetto məsələ ilə bağlı prokurorluğa şikayət edəcəyini bildirib və sosial media hesablarında onun adından istifadə edərək dələduzluq olunduğu barədə xəbərdarlıq yayıb. Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
19
12
unikal.az

10Mənbələr