AZ

Türkiyədə xeyli sayda uçuş ləğv olundu

Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen hava limanından xeyli sayda uçuş ləğv olunub.

"Report" "Yeni Şafak"a istinadən xəbər verir ki, buna səbəb kimi gözlənilən əlverişsiz hava şəraiti göstərilib.

Bildirilib ki, fevralın 11-i üçün nəzərdə tutulan uçuşların beş faizi, növbəti gün üçün nəzərdə tutulan uçuşların isə on faizi ləğv edilib.

Səfərlərlə bağlı son durumu öyrənmək üçün sərnişinlərə hava yolu şirkətlərinin internet səhifələrini izləmələri tövsiyə olunub.


Telegram kanalımız
Seçilən
22
13
yenisabah.az

10Mənbələr