AZ

Belarusda kommunal xidmətlərin qiymətləri artacaq

Bu arada Belarus hökuməti 2025-ci il üçün mənzil-kommunal xidmətlərin tariflərini təsdiqləyib.

SİA-nın məlumatına görə, üç sakini olan tipik iki otaqlı mənzil üçün kommunal ödənişlər 21 rubl artacaq.

Artım iki mərhələdə baş verəcək: yanvarın 1-dən bütün xidmətlərin dəyəri (istilik və isti su istisna olmaqla) 17,05 rubl artacaq; İyunun 1-dən istilik və isti su təchizatı üçün istilik enerjisinin qiyməti 3,95 rubl artacaq.

Elektrik enerjisinin tarifləri 11,9 faiz artacaq. Standart bir mənzil üçün artım 4,51 rubl olacaq.

Maye qazın qiyməti 5 faiz artacaq.

Məsələn, 21 kq-lıq mayeləşdirilmiş qaz silindrinin qiyməti 24,5 rubl olacaq.

Təbii qazın qiyməti dəyişməyəcək və ötənilki səviyyədə qalacaq.

Əli Babayev

Seçilən
15
sia.az

1Mənbələr