AZ

MPL: "Araz-Naxçıvan" "Kəpəz"Lə bacarmadı, "Neftçi" "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasında XXII tur davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən turun daha iki oyunu bu gün keçiriləcək.

Əvvəlcə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olub. Azər Bağırov sabiq komandasını büdrətməyi bacarıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Günə "Zirə" - "Neftçi" görüşü ilə yekun vurulub. 88-ci dəqiqəyə kimi qolsuz davam edən paytaxt derbisində bütün hadisələr sonluğa təsadüf edib. SOn 5 dəqiqə ərzində qapılara 3 qol vurulub. Dueldən qalib ayrılan "Neftçi" turnir cədvəlində 1 pillə irəliləyərək 6-cı yerə yüksələ bilər.

Qeyd edək ki, tura 11 fevralda yuken vurulacaq.

Misli Premyer Liqası
XXII tur
10 fevral

"Araz-Naxçıvan" – "Kəpəz" 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev
VAR: Rauf Cabarov, Elşad Abdullayev
Hakim-inspektor: Zöhrab Qədiyev
"Liv Bona Dea Arena"

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.

“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 21. Camal Cəfərov, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 11. Trent Buhagiar, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.

"Zirə" – "Neftçi" 1:2 
Qollar: Ruan Renato, 90+1Emin Mahmudov, 88. Ervin Koffi, 90+2.

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev, Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İdman Kompleksi

"Zirə": 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 90. Davit Volkov, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 80. Həbib İsmayılov, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 23. Robert Bauer, 9. Bassala Sambu, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Seçilən
10
fanat.az

1Mənbələr