Şahmat üzrə Azərbaycan çempionatında yarımfinalın ilk oyunları keçirilib. Manset.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərova qalib gəlib. Teymur Rəcəbov isə Rauf Məmmədovla heç-heçəyə razılaşıb. Azərbaycan çempionatı Yarımfinal mərhələsi Kişilər
Şəhriyar Məmmədyarov - Misrətdin İskəndərov 1:0 Rauf Məmmədov - Teymur Rəcəbov 0,5:0,5 Qadınlar
Günay Məmmədzadə - Gülnar Məmmədova 0:1 Ülviyyə Fətəliyeva - Gövhər Beydullayeva 0,5:0,5 Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.