AZ

“Neftçi” səfərdə “Zirə”ni məğlub etdi

Misli Premyer Liqasının XXII turunun daha bir oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, "Neftçi" səfərdə "Zirə"nin qonağı olub. 

Oyun "ağ-qaralar"ın qələbəsilə yekunlaşıb - 2:1. Oyunda bütün qollar son dəqiqələrdə vurulub. 

Hesabı 88-ci dəqiqədə Emin Mahmudovla qonaqlar açıb. Meydan sahibləri 90+1-ci dəqiqədə cavab qolunu vurublar. Ruan Renato adını tabloya yazdırıb. 90+3-cü dəqiqədə fərqlənən Ervin Koffi "Neftçi"yə qələbə qazandırıb.

Bu nəticə ilə "Zirə" 39 xalla üçüncü sırada yer alıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə xallarının sayını 24-ə yüksəltməkdə bir pillə irəliləyib və altıncı sıraya yüksəlib.


Telegram kanalımız
Seçilən
6
yenisabah.az

1Mənbələr