AZ

Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR

Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLARÜç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Müvafiq əmrlərlə Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəis təyin ediliblər.

Hələlik Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.

Seçilən
54
32
sonxeber.az

10Mənbələr